Futzal üzrə Yüksək Liqa: 1-ci turun qarşılaşmalarının hakim təyinatları

  Futzal üzrə Yüksək Liqa: 1-ci turun qarşılaşmalarının hakim təyinatları

Futzal üzrə Yüksək Liqada 1-ci turun oyunlarının hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, ötən mövsümün gümüş və qızıl medalçısının dueli ilə başlayacaq mövsümdə ilk matçı FİFA referiləri idarə edəcək.

Matçlar "Olimpik Star"da baş tutacaq.

Yüksək Liqa. 1-ci tur

22 oktyabr

14:30 "Baku Fire" - "Araz-Naxçıvan"

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

16:15 "Şuşa" - "Neftçi" İK

Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Kənan Məlikov.

Hakim-inspektor: Ramiz Əsədov.

18:00 U-19 - "Yasamal Bakı"

Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov.

Hakim-inspektor: Azad Hüseynov.