Yalnız Azərbaycanda - Ehtiyat qapıçı olmadı, oyun yarımçıq dayandırıldı

Yalnız Azərbaycanda - Ehtiyat qapıçı olmadı, oyun yarımçıq dayandırıldı

Futzal üzrə Yüksək Liqada 9-cu turun oyunları qismən keçirilib.

mediasport.az xəbər verir ki, turun mərkəzi oyununda lider “Araz Naxçıvan” əsas rəqiblərindən “Neftçi” İK-nın müqavimətini qıra bilməyib.

"Baku Fire" "Rekord"a minimal fərqlə uduzubsa, U-19 ilə “Alyans”ın görüşü başa çatdırılmayıb. Hesab 6:1 U-19-un xeyrinə olarkən Lənkəran klubunun qapıçısı qırmızı vərəqə alaraq meydandan qovulub. Qonaq komandanın ehtiyat qapıçısı olmadığı üçün, futzal oyun qaydalarına uyğun, hakimlər oyunu bərpa etməyib.

Görüşün yekun nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.


Yüksək Liqa. 9-cu tur


"Baku Fire" – "Rekord" 6:5

Qollar: Oruc Baxşəlizadə, 10:10. Nihad İsmayılov, 13:37; 16:47; 39:28. Sahand Rezapour, 24:48. Tofiq Əliyev, 32:36 – Seyidreza Hosseini Hotkani, 11:36; 17:46. Matin Qahramani, 18:49; 26:18. Mojtaba Vali, 39:06.

Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Vüsal Balaşov.

Hakim-inspektor: Ramiz Əsədov.


"Neftçi" İK – "Araz Naxçıvan" 2:2

Qollar: Ülvi Əliyev, 5:16; 32:22 – Viktor Ponce, 7:32, 23:28.

Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Kənan Məlikov.

Hakim-inspektor: Azər Əsgərov.


U-19 – "Alyans" (Lənkəran) 6:1 (oyun başa çatmayıb)

Qollar: İlham Alıyev, 9:21. Fərid Abbasov, 25:43. Nihad Cəfərli, 29:15; 30:26. Şahbaz Həndəmli, 29:31. Sadiq Əlizadə, 30:45 – Adil İsmayılov, 18:37.

Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Mahir Məmmədov.

Hakim-inspektor: Elçin Səmədli.

1

Araz-Naxçıvan

9

8

1

0

63-10

25

2

Baku Fire

9

6

1

2

68-25

19

3

Neftçi İK

9

5

2

2

54-18

17

4

Record club

9

4

0

5

49-38

12

5

Alyans

8

1

0

7

18-96

3

6

U-19

8

0

0

8

11-76

0