Azərbaycan çempionu Rumıniyadan məşqçi gətirdi

Azərbaycan çempionu Rumıniyadan məşqçi gətirdi

Mini futbol üzrə Azərbaycan birinciliyində bu mövsüm də çempionluğa əsas namizədlərdən hesab olunan "Birbaşa Bakı" ölkə xaricindən mütəxəssis gətirib.

mediasport.az sportal.az saytına istinadən xəbər verir ki, komandaya ötən il mini futbol üzrə Çempionlar Liqasının qalibi olmuş "AEK Oradea"nın çalışdırıcısı Dan-Marius Mitu baş məşqçi təyin edilib.

Komandanın məqsədi ötənilki uğuru təkrarlamaqdır. Azərbaycan çempionatında pley-off görüşləri mayın 23-də start götürəcək. Son ölkə çempionu yarımfinal görüşündə "Bakı" ilə qarşılaşacaq. Digər cütlükdə isə "Qarabağ" və "Zirə" klubları üz-üzə gələcək.

Rumıniya yığmasının sabiq üzvünün futbolçu karyerası daha zəngindir. 46 yaşlı mütəxəssis "Styaua", "Farul Konstanta", "Lyers", "Anderlext", "Ksanti", "Metallurq"(Donetsk), "Pantrakikos" klubların formasını geyinib.