Dünya çempionatını ölkəmizdə yayımlayacaq telekanal dəqiqləşib

Dünya çempionatını ölkəmizdə yayımlayacaq telekanal dəqiqləşib

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək minifutbol üzrə dünya çempionatını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarış "İdman Azərbaycan" vasitəsilə canlı yayımlanacaq.

Mundial 26 oktyabr - 4 noyabr aralığında gerçəkləşəcək.

DÇ-2023-ün G qrupunda yer alan komandamızın rəqibləri İraq, Misir və Tunis milliləri olacaqlar.

Azərbaycan milliisi ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.