DÇ: Millimiz Serbiya ilə qarşılaşır

DÇ: Millimiz Serbiya ilə qarşılaşır

Minifutbol üzrə Azərbaycanın U-21 millisi bu gün Xorvatiyada keçirilən dünya çempionatının qrup mərhələsində ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Malıy Loşində baş tutacaq turnirdə yığmamızın ilk sınağı Serbiyaya qarşı olacaq.

Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv 15:30-da mübarizəyə start verəcək.

Dünya çempionatı 7-10 oktyabrda keçiriləcək. Millimiz sabah Hindistan, 9 oktyabrda Çexiya ilə üz-üzə gələcək.