Son çempion darmadağınla başladı
Minifutbol üzrə Azərbaycan çempionatında birinci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçirilib.
Son çempion "Birbaşa Bakı", "Zirə", "Sumqayıt" və "Qalaksi" yarışa qələbə ilə start veriblər.
Birinci oyun günündə "Laçın" "Şamaxı"nı (3:2), "Aznur" "Çinar Zəngilan"ı (3:2), "Star Bakı" "Siyəzən"i (8:2) məğlub etmişdi.
Azərbaycan çempionatı. 1-ci tur
3 oktyabr
"Birbaşa Bakı" - "Göyçə" 7:1
"Altay Fizuli" - "Zirə" 1:3
"Sumqayıt" - "Atəşgah Suraxanı" 7:3
"Qalaksi" - "Bakı 145" 3:0