Azərbaycan çempionundan böyükhesablı məğlubiyyət - ÇEMPİONLAR LİQASI

Azərbaycan çempionundan böyükhesablı məğlubiyyət - ÇEMPİONLAR LİQASI

Futzal üzrə Çempionlar Liqasındakı təmsilçimiz "Araz-Naxçıvan" yarışa böyükhesablı məğlubiyyətlə başlayıb.

mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi Azərbaycan çempionu qrup mərhələsinin ilk oyunu çərçivəsində İsveçin "Örebro" klubuna uduzub.


Çempionlar Liqası. Qrup mərhələsi. 1-ci tur

"Araz-Naxçıvan" – "Örebro" (İsveç) 2:5

Qollar: Vitinyo, 25:01, Ramiz Çovdarov, 34:08 //  Senad Barişa, 18:31, Henrik Rodrigues, 23:50, Yoze Adalberto, 25:15 (pen.), Dias Alves, 36:30, 38:38

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)

Taymmeyker: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beçeyro (İspaniya)

26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Komandamız qrupda növbəti oyununu sabah Serbiyanın “Loznika Qrad-2018” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.