Azərbaycan çempionunun ÇL-dəki oyunlarının təqvimi müəyyənləşdi
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
MediaSport.az xəbər verir ki, ölkə çempionu ilk görüşünü avqustun 23-də keçirəcək.
Qrupun oyunları Latviyada təşkil olunacaq. Oyunlar Salaspils şəhərindəki idman arenasında baş tutacaq.
Çempionlar Liqası. İlkin qrup mərhələsi
“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
23 avqust, saat 15:00.
“Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”
24 avqust, saat 15:00.
Riqa (Latviya) - “Araz-Naxçıvan”
26 avqust, saat 18:00.