Azərbaycan klubuna texniki məğlubiyyət verilib - RƏSMİ
AFFA İntizam Komitəsi I Liqada çıxış edən "İrəvan" komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Mediasport.az xəbər verir ki, buna Qərbi Azərbaycan təmsilçisinin 5-ci turda "İmişli" ilə səfər oyununa çıxmaması səbəb olub.
"İrəvan" həmçinin 400 manat cərimələnib.
Qeyd edək ki, futbolçular maaşlarını ala bilmədikləri üçün görüşə çıxmaqdan imtina ediblər.