Azərbaycan 1-ci Liqası: Debütant "Qəbələ" ilk oyununa evdə çıxır
Bu gün Azərbaycan 1-ci Liqasında yeni mövsümün ilk turunun sonuncu oyunları keçiriləcək.
Mediasport.az xəbər verir ki, "Mingəçevir" səfərdə MOİK-in qonağı olacaq.
"Zaqatala" isə yarışın ən iddialı kollektivlərindən "Qəbələ" ilə qarşılaşacaq.
Turun əvvəlki görüşlərində "Karvan" "Qaradağ Lökbatan"ı (1:0), "Cəbrayıl" "Difai"ni (1:0), "Baku Sportinq" "İmişli"ni məğlub edib.
Azərbaycan 1-ci Liqası. 1-ci tur
13 sentyabr (cümə)
17:00 MOİK - "Mingəçevir"
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan OİK stadionu.
17:00 "Qəbələ" - "Zaqatala"
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu.