"Qəbələ"dən 4 cavabsız qol

  "Qəbələ"dən 4 cavabsız qol

1-ci Liqaya düşən "Qəbələ" növbəti yoxlama matçına çıxıb.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" Mingəçevirin eyniadlı təmsilçisi ilə qarşılaşıb - 4:0.

"Qəbələ"nin qollarını Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı vurublar.

Qəbələ klubu buna qədər Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçəyə razılaşıb (2:2), "Zaqatala" (2:0) və "Cəbrayıl"ı (5:2) məğlub edib.