Azərbaycan komandası məşhur yarışda birinci oldu - FOTOLAR

Azərbaycan komandası məşhur yarışda birinci oldu - FOTOLAR

Türkiyədə keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Mediasport.az xəbər verir ki, təmsilçimiz "Versetech" final turunda "Psixologiyada texnoloji tətbiqlər" kateqoriyasında 32 komandaya qarşı yarışıb.

Yekun nəticələrə əsasən, 76.88 xal toplayan komandamız birinci yerə layiq görülüb.

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" yarışında bu il 788161 komandanın 1630000 iştirakçısı ilə rekord say qeydə alınıb.