Ölkə birinciliyində qrup görüşləri bitib, yarımfinalın cütləri məlumdur

  Ölkə birinciliyində qrup görüşləri bitib, yarımfinalın cütləri məlumdur

16 yaşadək voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyində qrup mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində bu mərhələnin son 4 qarşılaşması baş tutub.

A qrupundan "Oğuz" və "Sumqayıt", B qrupundan "Azərreyl" və "Murov Az Terminal-1" pley-offa vəsiqəni təmin ediblər.

Növbəti mərhələdə "Azərreyl" "Sumqayıt"la, "Oğuz" "Murov Az Terminal-1"lə qarşılaşacaq.

Azərbaycan birinciliyi

14 aprel

"Hacıqabul" - "Sumqayıt" 1:2

Şirvan Olimpiya İdman Kompleksi, 10:00.

"Tovuz" - "Oğuz" 0:2

Şirvan Olimpiya İdman Kompleksi, 11:00.

"Hacıqabul" - "Aura" 2:0

Şirvan Olimpiya İdman Kompleksi, 12:00.

"Sumqayıt" - "Oğuz" 0:2

Şirvan Olimpiya İdman Kompleksi, 13:00.

Yarımfinal cütləri

"Azərreyl" - "Sumqayıt"

"Oğuz" - "Murov Az Terminal-1"