3 güləşçimiz Olimpiya Təsnifat Turnirində 1/4 finala çıxdı
Mediasport.az xəbər verir ki, ilk yarış günündə xalça üzərinə çıxan Azərbaycanın 4 yunan-Roma güləşçisindən 3-ü 1/8 finala yüksələ bilib.
Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa yaxındırlar.
Yalnız Murad Əhmədiyev (97 kq) 1/8 finalda yaponiyalı rəqibinə məğlub olub.
Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək.
Turnir mayın 12-də başa çatacaq.