İddiaçılar Turniri: Nicat Abasov yarışın şərikli liderinə uduzub

  İddiaçılar Turniri: Nicat Abasov yarışın şərikli liderinə uduzub

Kanadada keçirilən İddiaçılar Turnirinin 5-ci turunda Nicat Abasov yenə uğursuz nəticə göstərib.

Mediasport.az xəbər verir ki, Torontodakı yarışda təmsilçimiz qara fiqurlarla mübarizədə hindistanlı Dommaracu Qukeşə uduzub.

Abasovun növbəti rəqibi başqa bir hindistanlı şahmatçı Rameşbabu Praqnanandha olacaq.

Nicat 1,5 xalla 7-8-ci yerləri bölüşdürür. Cədvələ 3,5 xalla Yan Nepomnyaşi (FIDE) və Dommaracu Qukeş şərikli liderlik edirlər.

Yarış aprelin 22-də yekunlaşacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.