Azərbaycan karateçiləri Misirdən 5 medalla qayıdılar

Azərbaycan karateçiləri Misirdən 5 medalla qayıdılar

Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.

mediasport.az xəbər verir ki, Tural Ağalarzadə (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Mədinə Sadiqova (55 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutublar.

Əminağa Quliyev (60 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84+ kq) isə medalsız qalıb.

Qahirədə həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, 1-ci yer, Rabat 3-cü yer, Qahirə 5-ci yer) və İrina Zaretska (Fuceyra 1-ci yer, Mataşinos 2-ci, Bakı 1-ci yer, Qahirə 3-cü yer) da bu mükafata layiq görülüb.