Millimizin futbolçuları Rusiyada eyni komandada oynayacaqlar

 Millimizin futbolçuları Rusiyada eyni komandada oynayacaqlar

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Diana Məmmədova Rusiyada klubunu dəyişib.

Mediasport.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Premyer Liqa təmsilçisi "Rubin"ə keçib.

O, ötən mövsüm yarışın digər komandası "Yenisey"də forma geyinib.

Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, bir neçə gün əvvəl millimizin daha bir futbolçusu - müdafiəçi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.