Karateçimiz Mədinə Sadiqova da İndoneziyada bürünc medal qazandı

Karateçimiz Mədinə Sadiqova da İndoneziyada bürünc medal qazandı

Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində daha bir medal qazanıb.

mediasport.az xəbər verir ki, Ayxan Mamayevin ardından 55 kq çəkidə yarışan Mədinə Sadiqova (55 kq) da yarışı bürünc medalla başa vurub.

Digər karateçimiz Renata Ərəbli (61 kq) isə üçüncülük uğrunda dueldə məğlub olub. Mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.