Azərbaycan - Niderland oyununun hakimləri açıqlandı - DÇ-2024

Azərbaycan - Niderland oyununun hakimləri açıqlandı - DÇ-2024

Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.

mediasport.az xəbər verir ki, sentyabrın saat 20:00-da, Bakı İdman Sarayında baş tutacaq matçı Kiprdən olan hakimlər idarə edəcəklər.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr).

Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).

UEFA nümayəndəsi: Avi Levi (İsrail).