AVRO-2026-nın püşkü atıldı: Millimizin rəqibləri məlum oldu

AVRO-2026-nın püşkü atıldı: Millimizin rəqibləri məlum oldu

Final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, əvvəldən məlum olduğu kimi, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb.

Vitali Borisovun baş məşqçisi olduğu Azərbaycan yığması Xorvatiya, İsveç və Yunanıstanla birlikdə 5-ci qrupda yer alıb.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək.

İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri - Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.

UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər:

Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya


AVRO-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may  2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026


1-ci qrup

Ukrayna

Rumıniya

Almaniya

Kipr


2-ci qrup

Finlandiya

İtaliya

Belarus

Malta


3-cü qrup

Polşa

Slovakiya

Moldova

Türkiyə


4-cü qrup

Sloveniya

Macarıstan

Monteneqro

Norveç


5-ci qrup

Xorvatiya

AZƏRBAYCAN

İsveç

Yunanıstan


6-cı qrup

Qazaxıstan

Ermənistan

Danimarka

Albaniya


7-ci qrup

Portuqaliya

Niderland

Şimali Makedoniya

Andorra


8-ci qrup

İspaniya

Bosniya və Herseqovina

İngiltərə

İsveçrə


9-cu qrup

Serbiya

Çexiya

Belçika

Avstriya


10-cu qrup

Fransa

Gürcüstan

Kosovo

Bolqarıstan