İki oyuna 14 qol vuran Azərbaycan çempionu ÇL-da son görüşünə çıxır
Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, turnirdə keçirdiyi ardıcıl 2 oyunda qələbə qazanan "Araz-Naxçıvan" bu gün "Uddevalla" (İsveç) ilə üz-üzə gələcək.
Xatırladaq ki, Vitali Borisovun komandası bu oyuna qədər "Sparta Belfast"ı (7:1) və "Sillamae Silla"nı (7:0) darmadağın etmişdi.
UEFA Çempionlar Liqası. İlkin mərhələ. H qrupu
16:00 "Uddevalla" (İsveç) - "Araz-Naxçıvan" (Azərbaycan)