"Neftçi" İK finalda, "Araz Naxçıvan"ın rəqibi oyuna gəlmədi - Yüksək Liqa

"Neftçi" İK finalda, "Araz Naxçıvan"ın rəqibi oyuna gəlmədi - Yüksək Liqa

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin üçüncü turunun oyunu keçirilib.

mediasport.az xəbər verir ki, “Baku Fire” “Neftçi” İK ilə qarşılaşıb.

Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflər arasında bu dəfə qalib gələn final, məğlub tərəf 3-cü yer uğrunda matçda iştirak edəcəkdi.

Həlledici görüş "Neftçi" İK-nın qələəsilə yekunlaşıb - 6:3.

Digər yarımfinal görüşündə “Araz Naxçıvan” “Rekord”a bir oyunda qalib gəlib, ikinci oyun isə rəqib komanda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.


Yüksək Liqa. Pley-off. 3-cü oyun

"Baku Fire" - "Neftçi” İK 3:6

Qollar: Puria Qolşani, 27:19; 29:19; 31:00 – Ülvi Əliyev, 21:44. Nurlan Mehdizadə, 22:49; 35:14. Hasan Ali Jafari, 31:27. Namiq Məmmədkərimov, 34:00; 37:54.

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı

Hakim-inspektor: Ramiz Əsədov

Bakı İdman Sarayı. Saat 13:30.

Pley-off-dakı oyunlar: 3:2, 3:4.

Baku Fire: 4. Elvin Quliyev (k), 12. Kamran Hacıyev (q), 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 15. Pouria Qolşani, 1. Elnur Zamanov (q), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 13. Leonardo, 19. Tofiq Əliyev, 21. Soruş Heydari, 22. Kənan Manafov, 51. Sezar Auqusto.

Baş məşqçi: Teymur Eyvazov.

Neftçi İK: 12. Anar Məmmədov (q), 3. Fərid Atakişiyev, 9. Nurlan Mehdizadə, 7. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev (q), 5. Behzad Hassanzade, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 10. Rüfət Balakişiyev (k), 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 16. Zaur Sultanov (q), 17. Asif Zeynalov.

Baş məşqçi: Hacıbala Abdullazadə.