"Şamaxı" "Sabah"a uduzmadı, "Zirə" evdə "Səbail"i darmadağın etdi

"Şamaxı" "Sabah"a uduzmadı, "Zirə" evdə "Səbail"i darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Avrokuboklarda mübarizəni davam etdirən "Sabah" və "Zirə" mövsümdə ilk görüşlərini doğma azarkeşləri qarşısında keçiriblər.

Xatırladaq ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1, "Sumqayıt" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Turun "Neftçi" - "Turan Tovuz" matçında hesab açılmayıb.


Azərbaycan Premyer Liqası. 1-ci tur


"Sabah" - "Şamaxı"2:2

Qollar: Namik Ələsgərov 16, Xəyal Əliyev 37 - Rüfət Abbasov 44, Pusi 52.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.

VAR: Tural Qurbanov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Masazır, "Bank Respublika Arena".


"Zirə" - "Səbail" 4:1

Qollar: Davit Volkov, 12, 27, 45+1, İssa Cibrilla, 90+4 - Ayman Buali, 49.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Zirə İdman Kompleksinin stadionu.