Şəhid ailələri və qazilər "Formula 1" yarışını tribunalardan izləyirlər
Bakıda start götürən "Formula 1" üzrə Azərbaycan Qran-prisini Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər tribunalardan izləyirlər.
Mediasport.az xəbər verir ki, fəxri qonaqlar "Azneft" və "Qız Qalası" tribunalarında yer alıblar.
Azərbaycanın fəxrləri üç gün ərzində "Formula 1" yarışını izləyəcəklər.
Qran-pri sentyabrın 15-də başa çatacaq.