"Şamaxı"da ciddi itki - FOTO
Bu dəqiqələrdə davam edən futbol üzrə Azərbaycan Premyer Lqiasının son turunun "Səbail" - "Şamaxı" görüşündə qonaqlar ciddi itki ilə üzləşiblər.
mediasport.az saytının Bayıl stadionunda olan əməkdaşı xəbər verir ki, Şamaxı təmsilçisinin qapıçısı Rəşad Əzizli 13-cü dəqiqədə Adil Nağıyevlə oyun epizodunda qolundan zədələnərək meydanı tərk edib.
Onun yerinə meydana gənc Əkbər Vəliyev daxil olub.
Qeyd edək ki, 0:0 davam edən matçda qonaqlara Premyer Liqada qalmaq üçün mütləq qələbə lazımdır. Bayıl klubunu isə 1 xal da qane edir.