"Səbail"də yeni təyinat

"Səbail"də yeni təyinat

Premyer Liqa təmsilçisi "Səbail" komandasına yeni məşqçi təyin edilib.

Mediasport.az xəbər verir ki, son olaraq "Kəpəz"də işləyən Azər Məmmədov Bayıl təmsilçisinin uğurları üçün çalışacaq.

O, "dənizçilər"in baş məşqçisi Şahin Diniyevin köməkçisi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Məmmədov 2023-cü ilin noyabrında "sarı-göylər"in baş məşqçi postundan istefa vermişdi.