Eddi İsrafilov: "Komanda bir oyunçudan asılı olmalı deyi"

Eddi İsrafilov: "Komanda bir oyunçudan asılı olmalı deyi"

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.

mediasport.az xəbər verir ki, "Şamaxı" ilə qarşıdakı oyun barədə fikirlərini bölüşən 31 yaşlı futbolçu ideal formasını hələ tam bərpa etmədiyini deyib.

- Yüz faizlik formamı bərpa etmək üçün daha da artırmalıyam. "Şamaxı"ya qarşı ciddi hazırlaşırıq, hər şey qaydasındadır. Bizi yerli futbolçuların ibarət və yaxşı oyun nümayiş etdirən rəqib gözləyir. Onlar evdə çox inamlıdırlar. Özümə gəlincə, yavaş-yavaş formamı bərpa edirəm. Zədələr futbolun bir parçasıdır, buna öyrəşmək lazımdır. Komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv oyun sayəsində növbəti matçlarda uğurlu nəticələr qazanmağa çalışacağıq.

Martın 12-də keçiriləcək “Şamaxı” - “Neftçi” oyunu saat 15:00-da başlanacaq.