Azərbaycan üzgüçülərindən Rusiyada keçirilən yarışda 9 medal

Azərbaycan üzgüçülərindən Rusiyada keçirilən yarışda 9 medal

Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən “Rektor Kuboku” turnirində 9 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, təmsilçilərimizin 2 qızıl, 4 gümüş və 3 bürünc mükafat əldə ediblər.

50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar.

Növbəti gün Ə.Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 m qarışıq üsulda 2 ci yer, 200 m sərbəst üsulda isə 2 ci yeri tutub.

Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib.

Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahib olub.