Vəli İsrafilov dünya çempionu olub paralimpiadaya lisenziya qazandı

Vəli İsrafilov dünya çempionu olub paralimpiadaya lisenziya qazandı

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İsrafilov bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.