Üzgüçümüz Əli Vəliyev Dünya Oyunlarında gümüş medal qazandı

Üzgüçümüz Əli Vəliyev Dünya Oyunlarında gümüş medal qazandı

Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.