Azərbaycan yığma komandası Avropa çempionatında ikinci oldu

Azərbaycan yığma komandası Avropa çempionatında ikinci oldu

Kosovonun paytaxtı Priştinada keçirilən basketbol üzrə U-16 Avropa çempionatına yekun vurulub.

MediaSport.az xəbər verir ki, C divizionunda yarışan Azərbaycan yığma komandası finalda məğlub olub.

Millimiz həlledici qarşılaşmada Kipr seçməsinə 75:78 hesabı ilə uduzaraq ikinci yeri tutub. Komandamıza gümüş medallar təqdim edilib.