Azərbaycan Yüksək Liqası: "Gəncə"dən əzmkar qələbə

Azərbaycan Yüksək Liqası: "Gəncə"dən əzmkar qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1-ci turun təxirə salınmış iki qarşılaşması keçirilib.

Mediasport.az xəbər verir ki, öncə "Milli Aviasiya Akademiyası" və "Gəncə" klubları üz-üzə gəliblər. Qarşılaşma Gəncə təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Daha sonra "Azərreyl" və UNEC münasibətlərinə aydınlıq gətiriblər. Sözügedən qarşılaşmada UNEC 0:3 hesabı ilə uduzub.

Azərbaycan Yüksək Liqası. 1-ci tur (təxirə salınmış oyunlar)

"Milli Aviasiya Akademiyası" - “Gəncə" 1:3 (25:21, 18:25, 23:25, 12:25)

"Azerreyl" - UNEC 3:0 (25:22, 25:15, 25:16)