Azərbaycan komandaları Türkiyədə beynəlxalq yarışda iştirak ediblər

Azərbaycan komandaları Türkiyədə beynəlxalq yarışda iştirak ediblər

Azərbaycanın çimərlik voleybolu millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq turnirində iştirakını başa vurub.

Mediasport.az xəbər verir ki, “Bioderma Pro Beach Tour” açıq çempionatında ölkəmizi 3 qadın (Çinarə Quliyeva-Larisa Smeltsova, Fidan Əhmədxanova-Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov-Heydər Məmmədli, Akşin Ağazadə-Fərda Dünyayev ) təmsil edib.

Qadınların mübarizəsində Çinarə Quliyeva-Larisa Smeltsova cütluyü üç görüşdə qələbə qazanaraq 5-ci yeri tutublar. Voleybolçularımız reytinq xalları və pul mükafatı əldə ediblər.

Yarışda 23 qadın və 30 kişi komandası mübarizə aparıb.