Yüksək Liqa: Kişilər və qadınların yarışında mübarizə davam edir
Bu gün kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın daha 2 cütü ilk oyunlarını keçirəcəklər.
Mediasport.az xəbər verir ki, öncə kişilərin mübarizəsində "Murov Az Terminal"la "Neftçi" qarşılaşacaq.
Sonra qadınların yarışında "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək.
Cavab matçları aprelin 18-də baş tutacaq.
Azərbaycan Yüksək Liqası. Yarımfinal
Kişilərin mübarizəsi
"Murov Az Terminal" - "Neftçi"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi, 15:00.
Qadınların mübarizəsi
"Murov Az Terminal" - "Abşeron"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi, 18:00.