"Azərreyl" Almaniyada uduzdu

"Azərreyl" Almaniyada uduzdu

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsinin ilk matçında Almaniyada "Türingen" klubuyna məğlub olub - 1:3 (25:15, 23:25, 25:20, 25:16).

Tərəflər arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, cavab oyunu bu gün eyni arenada təşkil ediləcək.