EEVZA: Bütün oyunlarda uduzan millimiz sonuncu görüşünə çıxacaq
20 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, öncədən Estoniya, Ukrayna və Latviyaya 3:0 hesabı ilə uduzan yığmamız, bu gün Bakı vaxtı ilə saat 20:00-da Polşa ilə qarşılaşacaq.
Bu gün başa çatacaq yarış qitə birinciliyinə - AVRO-2024-ə vəsiqə əldə edəcək.
Xatırladaq ki, 20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisi bu il EEVZA-da keçirdiyi bütün oyunlarda məğlub olub.