"Azərbaycana qarşı bizi çox ciddi matç gözləyir" - İtaliyalı məşqçi
"Start heyəti ilə bağlı heç nə deməyəcəyəm. Amma bəzi dəyişikliklər edəcəm. Yeni ruh lazımdır. Bütün bunları deyə bilərəm".
Mediasport.az xəbər verir ki, bu sözləri Belçika milli komandasının baş məşqçisi Domeniko Tedesko deyib.
38 yaşlı italyan mütəxəssis AVRO-2024-ün seçmə qrup mərhələsinin son turu çərçivəsində sabah qəbul edəcəkləri Azərbaycan yığması ilə oyunqabağı fikirlərini bölüşüb:
"Azərbaycana qarşı bizi çox ciddi matç gözləyir. Onlar Avstriya ilə görüşdə qalib gəlməyə layiq idilər və bu həftənin əvvəlində İsveçi 3:0 hesabı ilə məğlub etdilər. Unutmayın ki, Bakıda da çətin anlar yaşadıq. İsveçə qalib gəlsəydik (1:1), artıq vəsiqə qazanacaqdıq. Biz bunu indi etməliyik. Meydança bəhanə olmayacaq. Təbii ki, meydança yaxşı vəziyyətdə olsa, futbolumuz daha da yaxşı görünər. Amma bu məni narahat etmir".
Belçika - Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtilə saat 21:00-da başlanacaq.