Mahir start "11-lik"də

Mahir start "11-lik"də

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Qazaxıstanda "Astana"nın qonağıdır.

Qonaqların bu görüşdə meydana çıxacağı start heyətində yığmamızın forvardı da yer alıb.

Qeyd edək ki, "Astana" - "Dinamo" matçı Bakı vaxtilə saat 18:00-da start götürəcək. Komandalar arasında Xorvatiyada keçirilən ilk oyun zaqreblilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.