Renat Dadaşovun klubunda baş məşqçinin fəaliyyəti 2 ay çəkdi

Renat Dadaşovun klubunda baş məşqçinin fəaliyyəti 2 ay çəkdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyənin 1-ci Liqa təmsilçisi "Ankaragücü"ndə baş məşqçi ayrılığı qeydə alınıb.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı Cihat Arslan istefaya göndərilib.

Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Komandaya iyulun 7-də gətirilən Arslan geridə qalan 5 turda 2 qələbə, 3 məğlubiyyətlə yadda qalıb.