Superliqanın debütantı Şahruddin Məhəmmədəliyevi üzüb - VİDEO

Superliqanın debütantı Şahruddin Məhəmmədəliyevi üzüb - VİDEO

Türkiyə Superliqasında 24-cü turun oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə çempionatın debütantı "Pendikspor"a uduzub (1:2).

Şahruddin matça start heyətdə başlayıb. Adana təmsilçisi turnir cədvəlində 31 xalla doqquzuncudur.

Türkiyə Superliqası. 24-cü tur

"Pendikspor" - "Adana Dəmirspor" 2:1

"Kasımpaşa" - "Alanyaspor" 2:1

"Beşiktaş" - "Trabzonspor" 2:0