Milli komandamız dünya çempionatında 4-cü yerə yüksəlib
Cüdo üzrə Azərbaycan yığması BƏƏ-də təşkil olunan dünya çempionatında 2-ci qızıl medalı qazanıb.
Mediasport.az xəbər verir ki, ölkəmiz bununla da komanda hesabında 4-cü pilləyə yüksəlib.
Mundialda millimizin heyətində Hidayət Heydərov (73 kq) və Zelim Kotsiyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Millimiz bu nəticə ilə Yaponiya (3-2-4), Gürcüstan (2-1-1) və Cənubi Koreyadan (2-0-3) geri qalır.
Qeyd edək ki, dünya çempionatına sabah komanda yarışları ilə yekun vurulacaq.
Azərbaycan son dəfə dünya çempionatında ən yaxşı göstəricini 2013-cü ildə Braziliyada əldə edib.
O zaman Rio-de-Janeyro şəhərində baş tutan mundialda komandamızın heyətində Elxan Məmmədov qızıl, Orxan Səfərov bürünc medal qazanmışdı.