Yığmamızın “Böyük Dəbilqə” turniri üçün heyəti müəyyənləşib - SİYAHI
Azərbaycanın cüdo millisinin Özbəkistan paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ölkəmizi yarışda 7-si kişi və 5-i qadın olmaqla, 12 idmançı təmsil edəcək.
Kişilər arasında Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kiloqram), İslam Rəhimov, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) medal qazanmağa çalışacaqlar.
Qadınların mübarizəsində isə Könül Əliyev (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) tatamiyə çıxacaqlar.
Martın 1-də başlanacaq turnirdə 69 ölkənin cüdoçusu mübarizə aparacaq.
Yarış martın 3-də yekunlaşacaq.