4 çəki üzrə qaliblər müəyyənləşib - Azərbaycan çempionatında
Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu mübarizə aparıb.
Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib.
3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda tatamiyə çıxacaq.
Qadınların mübarizəsi. -48 kq.
Şəfəq Həmidova
Ramilə Əliyeva
Xumar Qasımzadə
Leyla Dəmirova
-63 kq.
Leyla Əliyeva
Kamilla Töhöliyeva
Diana Şoranova
Leyla Atayeva
Kişilərin mübarizəsi. -60 kq.
Nazir Talıbov
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Kənan Hüseynov
-81 kq.
Məmmədrza Hacızadə
Kərim Allahverdiyev
Ömər Rəcəbli
Qədir Hüseynov