Cüdoçularımızın "Böyük Dəbilqə" FİASKOsu: 16 nəfərə 2 medal!
Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turniri Azərbaycan cüdoçuları üçün uğursuz başa çatıb.
mediasport.az xəbər verir ki, yarışa 16 idmançı ilə yollanan yığmamız fiaskoya uğrayıb.
Təmsilçilərimizdən yalnız iki nəfər medal qazana bilib.
Son olaraq bu gün mübarizəyə qoşulan idmançılardan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) məğlub olublar.
Cüdoçularımızdan yalnız Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib çıxıb.