Azərbaycanın 4-qat dünya çempionu: “Bu, son deyil"

Azərbaycanın 4-qat dünya çempionu: “Bu, son deyil"

"Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. Dördqat dünya çempionu olmaq qürurverici hissdir”.

Mediasport.az xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında növbəti dəfə qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.

T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 22 yaşlı idmançı yarışa çox ciddi hazırlaşdığını bildirib:

“Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağam. Orada da Vətənimi layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, 4-qat dünya çempionumuz yarışın ilk günündə 100 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.