Şaquli qaçış yarışı keçirilib
Bakıda “Triterra Baku Triatlon” klubunun təşkilatçılığı ilə mövsümün növbəti şaquli qaçış yarışı ("SKYWinD") keçirilib.
Mediasport.az xəbər verir ki, "Çinar Plaza" Biznes Mərkəzində təşkil olunan yarışda 50 iştirakçı birincilik uğrunda mübarizə aparıb.
Hər kəs 33 mərtəbə, 667 pilləkən və 122 metr məsafəni uğurla qət edib.
Yekunda kişilərin yarışında 33 mərtəbəni 3 dəqiqə 28 saniyəyə qət edən Aleksandr Yatsenko yarışın qalibi adını qazanıb.
Nikita Sıtov isə ikinci (3 dəqiqə 31 saniyə), ötənilki turnirin qalibi Cəlal Süleymanov (3 dəqiqə 42 saniyə) isə üçüncü yeri tutublar.
Qadınların yarışında Tomris Mütəllibzadə bütün rəqiblərini qabaqlayaraq 4 dəqiqə 45 saniyə göstərici ilə birinci olub.
Nataliya Vallek 4 dəqiqə 57 saniyə ilə gümüş medal qazanıb, İndira Mütəllibzadə 5 dəqiqə 7 saniyə ilə üçüncü pillədə qərarlaşıb.