Milli komandamızda yeni baş məşqçi, İbişov istefaya göndərildi

Milli komandamızda yeni baş məşqçi, İbişov istefaya göndərildi

Para-pauerliftinq idman növü üzrə milli komandamızın baş məşqçisi İlqar İbişov istefaya göndərilib.

MediaSport.az xəbər verir ki, yığmanı bundan sonra Avropa çempionu Elşən Hüseynov çalışdıracaq.

243 kq nəticə ilə dünya rekordçusu olan Elşən Hüseynov 4 dəfə - "Pekin 2008", "London 2012", "Rio 2016" və "Tokio 2020" Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edib. O, 2013-cü ildə Rusiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.