Azərbaycanın daha 3 güləşçisi Olimpiya oyunlarına vəsiqə qazanıb
Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ümidləri doğruldublar, yalnız Murad Əhmədiyev (97 kq) 1/8 finalda yaponiyalı rəqibinə məğlub olub.
Turnir mayın 12-də başa çatacaq.
Qeyd edək ki, daha əvvəlki yarışlarda yunan-Roma güləşi üzrə 2 təmsilçimiz - Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) "Paris-2024"ə lisenziya əldə edib.