Nihat dünya ikincisi oldu

Nihat dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında final görüşünə çıxıb.

mediasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb.

Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli DÇ-ni gümüş medalla başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) də gümüş medal qazanıb. Qurban Qurbanov (72kq) isə bütün rəqiblərindən üstün olub.