Paris olimpiadasına daha bir lsienziyanı Hacı Əliyev əldə etdi

Paris olimpiadasına daha bir lsienziyanı Hacı Əliyev əldə etdi

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, 3-qat dünya və 4-qat Avropa çempionumuz həlledici dueldə 0:3 hesabı ilə geri düşməsinə baxmayaraq, 6 xal qazanaraq geridönüşlə inamlı qələbə əldə edib.

Bununla Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan idmançılarının sayı 13-ə yüksəlib.

Xatırladaq ki, bu turnirdə finala vəsiqə qazanan idmançılar "Paris-2024"də iştirak hüququ əldə edirlər.

Bir qədər sonra daha 3 sərbəst güləşçimiz lisenziya görüşlərinə çıxacaq.


Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal


57 kq

Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya) 4:3


65 kq

Hacı Əliyev - İslam Dudayev (Albaniya) 6:3


74 kq 

Turan Bayramov - Frank Çamizo Markez (İtaliya)


86 kq

Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna)


125 kq 

Georgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan)